Belarus prezidentliyinə namizədlərin sayı 34-ə çatdı
15 May 2020 16:41 DünyaBelarus Mərkəzi Seçki Komissiyası prezidentliyə 34 namizədin sənədlərini qəbul edib.
Bu barədə "Sputnik" xəbər yayıb.
Bildirilir ki, onların arasında əvvəllər prezident seçkilərində iştirak edənlər də var. Dövlət başçısı olmaq istəyənlərdən 12-si qadındır.
Qeyd edək ki, namizədlər arasında deputat, həkim, maşinist, fermer təsərrüfatının rəhbəri, fərdi sahibkarlar, təqaüdçülər və işsizlər var.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31