İtaliyada kimya zavodunda partlayış: Yaralılar var
15 May 2020 15:12 Dünyaİtaliyanın Venesiya şəhəri yaxınlığında kimya zavodunda partlayış baş verib.
Hadisə Margera sənaye rayonunda yerləşən aseton istehsalı müəssisəsində qeydə alınıb.
Partlayışdan sonra yanğın başlayıb və ətraf bölgəyə qara tüstü yayılıb. Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.
Ətraf bölgədə yaşayan sakinlərə evlərdə pəncərələri açmamaq və evdən çıxmamaq tövsiyə olunub.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31