Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək
15 May 2020 12:40 DünyaMayın 18-dən başlayaraq Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas deyib.
Onun sözlərinə görə, Yunanıstanın kontinental hissəsi ilə yanaşı Krit adasına gəmi səfərləri açılacaq.
Bundan başqa, mayın 18-dən lisey və gimnaziyaların birinci və ikinci sinif şagirdləri dərslərə qayıdacaq.
Ölkə ərazisində 500-dən çox çimərlik də müəyyən məhdudiyyətlərlə açılacaq.
Qeyd edək ki, bu günədək Yunanıstanda 2 770 nəfər koronavirua yoluxub, onlardan 156 nəfəri ölüb, 1 374 nəfəri sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31