Ermənistanda koronavirusa yoluxanların sayı 4 min nəfəri keçdi
15 May 2020 12:37 DünyaErmənistanda koronavirusa yoluxanların sayı 4 044 nəfərə çatıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 184 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 52 nəfər koronavirusun qurbanı olub, 2 304 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31