Bu qadınlar mənə səs verməsin - Bayden
15 May 2020 12:27 DünyaSeksual zorakılıqla bağlı mənə qarşı irəli sürülən iddialara inanan bütün qadınları mənə səs verməməyə çağırıram.
Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden deyib.
Qeyd edək ki, Senator işlədiyi dövrlərdə onun köməkçisi işləmiş qadın 2017-ci ildə Bayden tərəfindən seksual zorakılığa məruz qaldığını açıqlamışdı. Bayden bu iddiaları təkzib etmişdi.
Bayden 2009-2017-ci illərdə ABŞ-ın vitse-prezidenti olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31