Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma qeydə alınıb
15 May 2020 11:46 DünyaRusiyanın Buryatiya respublikasında COVID-19-dan sağalan qadın ikinci dəfə virusa yoluxub.
Bunu respublika xəstəxanasının baş həkimi deyib.
Onun sözlərinə görə, həmin xəstə aprelin 21-də iki mənfi testdən sonra evə buraxılıb. 16 gün sonra yenidən xəstəlik simptomları hiss edən qadından götürülən koronavirus testi müsbət nəticə verib.
Bu, Rusiyada qeydə alınan ilk təkrar yoluxma faktıdır.
xezerxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31