Bəzi dərmanlar ancaq ABŞ-da istehsal olunacaq – Ağ Evdən qərar
15 May 2020 11:09 DünyaAğ Ev bəzi dərmanların yalnız ABŞ ərazisində istehsal olunması barədə icra sənədinin üzərində işləyir. Ağ Evə yaxın mənbələr həmin sənədin qüvvəyə minməsi barədə sərəncamın yaxın vaxtda ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanacağı gözlənilir.
Məlumata görə, ABŞ-da istifadə olunan əczaçılıq məhsullarının (dərman və tibbi avadanlıqlar) təxminən 72 faizi ölkə xaricindən tədarük edilir və həmin məhsulların böyuk bir hissəsi də Çində istehsal olunur. Hazırda Ağ Ev düşünür ki, bunun qarşısnı almaq lazımdır. Belə ki, koronavirus pandemiyası kimi fövqəladə hallarda digər ölkələrdən asılılığı aradan qaldırmaq vacibdir.
Son məlumata görə, ABŞ-da koronavirusa yoluxma faktları artmaqda yenə davam edir. Burada artıq yoluxma hallarının 1,41 milyonu keçdiyi, 85 884 nəfərin isə koronavirusdan öldüyü qeyd edilir.
day.az