Zelenski Rusiyanın sosial şəbəkələrinə qarşı sanksiyaları uzatdı

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya sosial şəbəkələrinə və internet xidmətlərinə qarşı sanksiyaları təsdiqləyib .

Qərara əsasən, sanksiyalar Mail.ru, "Vkontakte" və "Odnoklassniki" xidmətlərinə aiddir.

Xatırladaq ki, 15 may 2017-ci il tarixində Ukraynanın o zamankı prezidenti Petro Poroşenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın 1228 fiziki və 468 hüquqi şəxsi üçün sanksiyalar siyahısını təsdiqləmişdi. Həmin siyahıya Dövlət Dumasının deputatları, jurnalistlər, hakimlərlə yanaşı Rusiyanın "VKontakte", "Odnoklassniki" sosial şəbəkələri, "Mail.ru", "Yandex", "Yandex.Ukraine" kimi kompaniyaları da daxil idi. Bütün bu xidmətlərə giriş üç il müddətində məhdud idi.

azvision.az

BMT-nin illik sesiyası ləğv edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31