Bu ölkə iyunun 15-dən turistlər üçün sərhədləri açır

İslandiya iyunun 15-dən turistlər üçün sərhədləri açır.

Bunu ölkənin baş naziri Katrin Yakobsdouttir deyib.

Onun sözlərinə görə, ölkəyə gələnlər üçün ikihəftəlik karantin də ləğv edilir, lakin turistlər ekspress-testdən keçməli olacaqlar.

Qeyd edək ki, İslandiyada 1802 nəfər koronavirusa yoluxub, 10 nəfər koronavirusdan ölüb.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31