“Rusiya bizə 127, Almaniyaya isə 70 dollara qaz satır" - Lukaşenko hirsləndi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Baş naziri Sergey Rumasla söhbətində Rusiyadan idxal olunan təbii qazın qiymətinin azaldılmasının zəruriliyini bəyan edib.

A. Lukaşenko deyib:

"Ötən gün mənə məlumat gəldi ki, Rusiya bu çətin dövrdə Avropaya təbii qazı Belarusa olduğu kimi 127 dollara deyil, 70 dollara yaxın, daha dəqiq 65-68 dollara satır. Bu sahədə situasiya və vəziyyət necədir, biz gələcəkdə nə gözləyə bilərik... Belarus üçün təbii qazın qiymətini azaltmaq üçün bu günə qədər nə edildiyini bilmək istərdim".

O qeyd edib ki, Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünün qeyd edildiyi bir ildə Rusiya qazını Almaniyaya Belarusa nisbətən daha ucuz satmaq heç də yaxşı deyil.

Qeyd edək ki, A. Lukaşenko aprel ayında Rusiyanı COVID-19 koronavirus infeksiyası ilə əlaqədar olaraq Belarusa satdığı təbii qazın qiymətini aşağı salmağa çağırmışdı. O bildirmişdi ki, mövcud vəziyyətdə təbii qazın qiyməti daha çevik olmalıdır.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31