Gürcüstanda bu il izdihamlı toylar qadağan olunacaq

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması üçün izdihamlı məclislər qadağan olunacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan sakinləri bəzi adətlərdən imtina etməli olacaqlar: "Bu il koronavirusla birgə yaşamaq o deməkdir ki, biz bir sıra yaxşı adətlərimizdən imtina etməliyik. Biz, xüsusən də payızda izdihamlı toy məclisləri və çoxsaylı qonaqların iştirakı ilə doğum günləri qeyd etməyi sevirik. Görünür ki, bu il biz bu adətlərdən imtina etməli olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31