Ermənistanda tibbi maska taxmaq məcburi olacaq

Mayın 25-dən Ermənistanda məcburi maska ​​rejimi tətbiq ediləcək. Bu barədə Baş nazirin müavini Tiqran Avinyan parlamentin iclasında bildirib.

"Mayın 25-dən etibarən tək qapalı yerlərdə deyil, həm də açıq ictimai yerlərdə də maska taxmaq məcburi olacaq. Polis qaydaları pozanları cəzalandıracaq. Bu, məhdudiyyətlərin azaldılması şəraitində səhiyyə sisteminin bütün xəstələri təmin edə bilməsi üçün edilir",-deyə o bildirib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31