Koronavirusa görə yaradılan mobil tətbiq xəyanətləri üzə çıxardı - FOTO

Koronavirusa görə yaradılan mobil tətbiq xəyanətləri üzə çıxarıb.

Channel 4 bu barədə sənədli veriliş hazırlayıb.

Cənubi Koreyada koronaviruslu xəstələri izləmək üçün yaradılan mobil tətbiq nəticəsində onlarla xəyanət olayının üstü açılıb.

19 yaşlı proqramçı tərəfindən yaradılan tətbiq vasitəsi ilə insanların harada olduqları izlənilib və nəticədə onlarla cütlüyün bir-birinə xəyanət etdiyi aşkarlanıb.

GPS vasitəsi ilə insanların harada olması barədə məlumat verən mobil tətbiq, həmçinin şəhər təhlükəsizlik kameralarından görüntülər də əldə edə bilir.

Qeyd edək ki, Cənubi Koreyada 10 mindən çox insan koronavirusa yoluxub, 260 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31