Estoniya Finlandiya ilə sərhədi qismən açdı
14 May 2020 14:17 DünyaEstoniya Finlandiya ilə sərhədləri qismən açıb. Məhdudiyyət bü gündən qaldırılıb. Artıq Tallinlə Helsinki arasında dəniz yolu ilə sərnişin daşımaları həyata keçiriləcək. Lakin yalnız iş və digər təxirəsalınmaz hallar üçün səfərlərə icazə veriləcək.
Bundan başqa, sərnişin daşıyan gəmilərdə sosial məsafənin gözlənilməsi üçün tədbirlər görülüb. Həmçinin Tallinə gələn bütün sərnişinlərin koronavirus testi verməsi məcburiləşdirilib.
Son məlumata görə, Estoniyada koronavirusa yoluxanlaın sayı 1751, ölənlərin sayı isə 61 nəfər təşkil edir. Finlandiyada isə bu göstəricilər daha çoxdur. Belə ki, son məlumata görə, Finlandiyada koronavirusa yoluxanların sayı 6054, ölənlərin sayı 284 nəfər təşkil edir.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31