Türkiyədə 12 yaşlı uşaq silsilə oğurluqlar edir

Türkiyənin Konya şəhərində çox sayda iş yerindən oğurluq edən 12 yaşlı uşaq saxlanılıb.

Küçəyə çıxma qadağasının olduğu bir vaxtda onun son 6 ay ərzində 100 oğurluq hadisəsi törətdiyi, 20 müəssisəni soyduğu müəyyənləşdirilib.

Lakin məhkəmə sərbəst buraxılmasına hökm verib və uşaq ailəsinə təslim edilib. 12 yaşlı uşaqğı atasının da çox sayda oğurluq cinayətinə görə həbsdə olduğu məlum olub. Narkotik aludəçisi olan atanın ehtiyaclarını qarşılamaq üçün oğurluq etdiyi bildirilib.

Digər bir tərəfdən 12 yaşlı uşağın oğurluqları mağazaların təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə onun vintaçanla 30 saniyədə qapıları açması əks olunub.

Sahibkarlar isə uşaq barəsində tədbir görülməli olduğunu və digər sahibkarların da soyulmasını istəmədiklərini deyiblər.

"Uşaq məndən tez içəri girir. Mən belə o sürətlə qapı aça bilmirəm. Görünür vintaçanla qapı açmağa öyrəşib. Çox rahat şəkildə içəri girir, kameralara baxa-baxa oğurluq edir. Mənim pulumu və alışqanımı oğurlayıb. Polis tutur, lakin sonra yenidən buraxılır. Uşaq olduğu üçün bir şey də edə bilmirik. Nə edək? Tutub əl-qolunu bağlayaq? Bu gün bunu edən, sabah bank da soyar, hər şey də edər", - deyə sahibkarlardan biri deyib.

qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31