Baş nazir və nazirlər məhkəmə qarşısına çıxarılır - COVID-19-a görə

Fransada yanvardan bu yana COVİD-19-la mübarizəni yaxşı idarə etmədiyi üçün Baş nazir Eduard Filipp və nazirlər haqqında məhkəmədə 63 iddia qaldırılıb.

Olaylar.az xəbər verir ki, Fransa vətəndaşları hökumət üzvlərini ittiham edə biləcək yeganə instansiyaya - Respublika Ədalət Məhkəməsinə müraciət ediblər.

Prokuror Françiois Molnis deyib ki, barəsində ən çox iddia qaldırılan hökumət üzvləri sırasında Baş nazir Filipp, fevralda istefaya gedən Səhiyyə naziri Buzyn, indiki Səhiyyə naziri Oliver Veran, Ədliyyə naziri Nikola Bellubet, Əmək və Daxili işlər naziri Kristina Kastanerdir.

Məhkəmədə hökumət üzvlərinə qarşı iddiaları dərnəklər, tibb işçiləri həmkarlar ittifaqı, polis dərnəkləri və həbs edilən tələbələr qaldırıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31