Rusiyada 12 gündən sonra ilk: Yoluxma sayı azaldı

Rusiyada 12 gündən sonra koronavirusa yoluxma sayında azalma yaşanıb.

Son sutka ərzində 9 974 nəfərdə virus qeydə alınıb. Beləliklə, ölkədə virusa yoluxanların ümumi sayı 252 245-ə yüksəlib.

Həmçinin, 93 nəfər virusun qurbanına çevirilib. Bununla da, ölənlərin sayı 2 035-ə çatıb. İndiyədək koronavirusa yoluxan 53 530 nəfər sağalıb.

Lakin yoluxma sayı digər günlələrlə müqayisədə 10 minin altında olan bir rəqəmdir. Ötən gün bu göstərici 10 028 idi.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31