Maskasız çölə çıxan vətəndaşın maraqlı çıxışı
14 May 2020 11:57 DünyaTürkiyədə koronavirus pandemiyası çərçivəsində tətbiq olunan qaydalara riayət etməyən vətəndaşların görüntüləri və açıqlamaları gündəm yaradıb.
Dənizli ərazisində, isti havadan yararlanmaq fürsəti ilə çıxan vətəndaşların əksəriyyəti qaydalara riayət edərkən, maska və əlcək istifadə etməyən və sosial məsafələr qaydasına əməl etməyən vətəndaşlar da diqqət çəkib.
Belə ki, maska istifadə etməyən vətəndaşlardan biri, maraqlı sözlərlə gündəm yaradıb.
Jurnalistə açıqlama verən Üzeyir Yazır adlı gənc, "Xəstəlik televiziyalarda daim paranoyaklıq səviyyəsinə çatdı. Qoy korona gəlsin məni tapsın. Ona görə heç əhəmiyyət vermirəm. Ölsək öləcəyik. Nə olursa olsun. Əlcək və maskadan da istifadə etmirəm" deyə fikrini bildirib.
onn.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31