Ermənistanda koronadan ölənlərin sayı artır

Ermənistanda son sutka ərzində 142 nəfər koronavirusa yoluxub.

Bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb. Bununla da koronavirusa yoluxanların sayı 3860-a çatıb.

Ölənlərin sayı 1 nəfər artaraq 51-ə (digər xəstəlikdən ölənlərlə birgə 70-ə) yüksəlib.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi iyunun 13-nə qədər uzadılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31