Marneulidə karantin rejimi ləğv olunur
14 May 2020 11:32 DünyaGürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda mayın 18-də karantin rejimi ləğv olunacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, bu gündən Rustavi şəhəri və Qardabani rayonuna giriş-çıxış bərpa olunub: "Mayın 18-dən isə Marneuliyə giriş-çıxış qadağası götürüləcək və bu bölgənin sakinlərinin azad hərəkət imkanı olacaq".
Qeyd edək ki, Marneuli martın 23-də karantin zonası elan olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31