Gələn həftə Gürcüstanda gözəllik salonları açılır

Gürcüstanda mayın 18-dən etibarən gözəllik salonları fəaliyyətlərini bərpa edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, epidemioloji vəziyyət məhdudiyyətlərin aradan qaldırılması prosesini sürətləndirməyə imkan verir:

"Biz gözəllik salonları və estetik mərkəzlərin mayın 18-dən açılması barədə qərar qəbul etmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31