Gürcüstanda koronavirusa yoluxanların sayı 650-ni ötdü
14 May 2020 11:03 DünyaGürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər artaraq 652-yə çatıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 383 nəfər sağalıb, 11 nəfər isə dünyasını dəyişib.
Hazırda ölkə üzrə karantində 4 246, stasionar nəzarətdə isə 394 nəfər saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31