Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robert Azevedo istefaya getmək niyyətindədir.
Bu məlumatı "Blomberq" öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Azevedonun baş direktor vəzifəsində qalma müddəti 2021-ci ildə bitsə də o, postunu tez tərk etmək qərarına gəlib. ÜTT ölkələrinin artıq Azevedonun niyyəti barədə məlumatlı olduğu vurğulanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31