46 mindən çox insan ölüm ayağındadır - Koronavirus dəhşəti

Dünya miqyasında koronavirusa yoluxanların sayı 4 milyon 374 min 690 nəfərə çatıb.

Publika.az xəbər verir ki, infeksiya səbəbilə 294 min 396 nəfər dünyasını dəyişib.

1 milyon 622 min 43 nəfər sağalıb.

Hazırda 2 milyon 458 min 251 nəfərin müalicəsi davam edir. Onlardan 46 min 327 nəfərin vəziyyəti kritikdir.

Bu gün 37 min 88 yeni yoluxma, 1 945 ölüm faktı qeydə alınıb.

Son sutka ərzində ən çox yoluxma Rusiyada (10 min 28 nəfər), ölüm isə Britaniyada (494 nəfər) olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31