Bu ölkədə koronavirusa ilk yoluxma halı qeydə alınıb
13 May 2020 18:08 DünyaKoronavirusa pandemiyasının bütün dünyanı cənginə aldığı bir zamanda daha bir ölkədə COVİD-19 aşkarlanıb.
Bu ölkə Afrikanın cənubundakı Lesotodur. Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Cənubi Afrika və Səudiyyə Ərəbistanından ölkəyə gələn 81 turist testdən keçib. Nəticədə bir turistin virus daşıyıcısı olduğu müəyyənləşib.
Son məlumatlara görə, Marşall adaları, Şimali Koreya, Nauru,Palau, Solomon adaları,Türkmənistan,Tuvalu,Samoa və Vanuatuda bugünədək COVİD-19 daşıyıcısına rast gəlinməyib.
Yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31