Səudiyyə Ərəbistanından qərar - Ramazan bayramında komendant saatı
13 May 2020 18:02 DünyaSəudiyyə Ərəbistanı Ramazan bayramında komendant saatı tətbiq edəcək.
Səudiyyə Ərəbistanı Daxili İşlər nazirliyinin verdiyi açıqlamada koronavirusun yayılması ilə əlaqədar tədbirlərin ölkə daxilində davam etdiriləcəyi qeyd olunub.
Açıqlamada Ramazan Bayramında, yəni 23-27 may tarixləri arasında 24 saatlıq komendant saatı tətbiq ediləcəyi bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu günə qədər 42 min 925 koronavirusa yoluxma və 264 ölüm faktı qeydə alınıb.
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31