100 yaşlı rusiyalı qadın koronavirusdan sağaldı
13 May 2020 17:56 DünyaRusiyada 100 yaşlı xəstə qadın koronavirusa yoluxduqdan sonra tam sağalıb.
Bu barədə qadının müalicə olunduğu Rusiya Federal Biomedikal Agentliyinin (FMBA) Beyin və Neyrotexnologiya Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
O, müalicə aldığı xəstəxanada qonşu palatada yatan bir nəfərdən koronavirus alıb.
Mənbə qadının 100 yaşı tamam olan gün, 13 may 2020 tarixində xəstəxanadan buraxıldığını qeyd edib.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uhanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib.
Xəstəliyin törədicisi, COVID-19 xəstəliyinə səbəb olan yeni bir koronavirus SARS-CoV-2-dir.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.
KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31