ABŞ Rusiyanın koronavirusa yardım dəstəyini RƏDD ETDİ
13 May 2020 16:00 DünyaABŞ Rusiyadan göndərilən tənəffüs cihazlarını geri qaytarmağa qərar verib.
ABŞ Təcili Yardım İdarəetmə Agentliyinin sözçüsü Canet Montesi, Rusiyanın ABŞ-a göndərdiyi tənəffüs cihazlarının Rusiyada bu yaxınlarda yanğına səbəb olan xəstəxanalarda istifadə olunan cihgazlarla eyni model olduğunu söyləyib. Buna görə də ABŞ avadanlıqları Rusiyaya geri qaytarmağa hazırlaşdığını açıqlayıb.
Rusiya bu iddiaların doğru olmadığını və ABŞ-a göndərilən tibbi ləvazimatların araşdırıb göndərdiyini bildirib.
Qeyd edək ki, ABŞ Sankt-Peterburqda yerləşən xəstəxanalardakı 6 koronavirus xəstəsinin ölümünə səbəb olan yanğınların tənəffüs cihazlarından yaranan problemlər səbəbilə olduğunu iddia etmişdi.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31