Braziliyada COVİD-19-dan rekord sayda insan ölüb
13 May 2020 15:55 DünyaPandemiya zamanı yoluxmuş və ölən insanların sayına görə ABŞ qlobal liderliyini qoruyur
Braziliyada yeni koronavirusdan ölənlərin sayı rekord səviyyəyə çatıb, son gündə 881 ölüm halı qeydə alınıb.
Yoluxmuşların ümumi sayı 177 mindən artıqdır, bu göstərici ilə Braziliya Almaniyanı qabaqlayıb və dünyada altıncı olub.
Pandemiya zamanı yoluxmuş və ölən insanların sayına görə ABŞ qlobal liderliyini qoruyur.
ABŞ-da koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı avqustun əvvəlinə qədər 147 minə çata bilər.
interaztv.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31