Fransada 5400 hərbçi SARS-CoV-2 virusuna yoluxub
13 May 2020 14:23 DünyaFransa müdafiə sahəsində 5400 hərbçinin SARS-CoV-2 virusuna yoluxduğu bildirilir. Müdafiə Nazirliyi nəzdində yeni koronavirusa 1771 yoluxma halı təsdiqlənib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Fransa Müdafiə naziri Florans Parli Senatda dinləmələrdə bildirib.
Qeyd edib ki, müxtəlif ölkələrdə hərbi missiyalarda olan və yeni koronavirusa yoluxan hərbçilərin sayı yuxarıda göstərilən ümumi rəqəmə daxil edilməyib.
Xatırladaq ki, Şarl dö Qol (Charles de Gaulle) aviadaşıyıcı gəmidə hərbi dənizçiləri, eləcə də "Barxane əməliyyatı" çərçivəsində Sahel bölgəsində yerləşdirilmiş Fransa hərbi missiyasının hərbçiləri arasında da mindən çox yoluxma aşkarlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31