Türkiyədə 65 yaşdan yuxarı şəxslərə qadağaların ləğvi tarixi açıqlandı
13 May 2020 14:17 DünyaTürkiyədə 20 yaşdan aşağı və 65 yaşdan yuxarı vətəndaşlara tətbiq edilən məhdudiyyət mayın 27-dən etibarən ləğv olunacaq.
Koronavirus pandemiyası ilə əlaqədar bu yaş qrupuna daxil olan Türkiyə vətəndaşlarına küçəyə çıxmaq qadağan edilib.
Kütləvi istirahət və əyləncə yerləri, çayxanalar, bazar, üzgüçülük hovuzları, idman mərkəzləri və başqa bu kimi müəssisələr iyunun 1-dən açılacaq.
İyunun 15-dən isə vətəndaşlar təbiətə səyahət edə biləcəklər.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31