Özbəkistanda torpaq sürüşməsi: yüzlərlə sakin təxliyə olundu

Özbəkistanın mərkəzi hissəsində yerləşən Nəvoi vilayətinin Zərəfşan şəhərində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə zonasından 300 nəfər təxliyə olunub. Əhali arasında itkilərin olmadığı deyilir.

4 yaşayış evinə isə zərər dəyib.

Hazırda hadisə yerində xilasedicilər işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31