İtaliyadan pandemiydan sui-istifadə edən mafiozlar saxlanıldı

İtaliya polisini keçirdiyi xüsusi əməliyyat zamanı 100-ə yaxın mafiya üzvü saxlanılıb.

Cinayətkar qruplaşmalar təsir dairələrini genişləndirmək və yeni üzvlər toplamaq üçün pandemiya və iqtisadi böhrandan sui-istifadə ediblər.

"Bu sadə təcrübədir. Cinayətkarlar böhran vəziyətində olan insanlara maddi yardım göstərməklə onları özlərindən asılı vəziyyətə salırlar. Külli miqdarda borc alan sahibkarlar da iqtisadi müstəqilliklərini itirirlər", - deyə müstəntiq Piercorni Morosini bildirib.

Saxlanan şəxslərə cinayətkar qruplaşmaların təşkili, qəsb, dələduzluq. çirkli pulların yuyulması və narkotik alveri də daxil olmaqla bir sıra ittihamlar üzrə cinayət işi açılıb. Polis həmin şəxslərin Avropa İttifaqının böhran əleyhinə ayırdığı yardım vəsaitinə çıxış əldə etmək istədiklərini də açıqlayıb.

qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31