İrəvanda silahlı insident baş verib
13 May 2020 11:44 DünyaErmənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Hadisə dünən gecə Şenqavit rayonu ərazisində qeydə alınıb.
Polis hadisə yerindən qan izləri, "Makarov" tapançasından atılmış 9 mm çaplı gilizlər aşkarlayıb.
Hadisə ilə bağlı xuliqanlıq, qanunsuz silah-sursat daşınması, saxlanması və istifadəsi ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirir.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31