Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadılır
13 May 2020 11:14 DünyaVenesuela prezidenti Nikolas Maduro ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə fövqəladə vəziyyətin daha bir ay uzadılmasına dair qərar qəbul etdiyini bildirib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, venesuelalı lider bu qərarı əhalini qorunması istiqmətində həyata keçirilən tədbir adlandırıb.
Xatırladaq ki, Venesuela hökuməti martın 13-də ölkədə koronavirus infeksiyasına ilk iki yoluxma hadisəsi barədə məlumat verib və həmin gün fövqəladə vəziyyət rejimi tətbiq edilib. Martın 17-də N.Maduro respublika daxilində karantinin tətbiq edilməsi barədə qərar elan edib. Mayın 12-nə olan məlumata görə ölkədə COVİD-19 virusuna 423 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31