İndoneziyanın Belavan limanında neft tankerindəki yanğında 7 nəfər ölüb
13 May 2020 11:05 Dünyaİndoneziyanın Şimali Sumatra əyalətindəki Belavan limanında "Caq Leela" neft tankerində baş vermiş yanğın qəzasında ölən yeddi nəfərin şəxsiyyəti müəyyən edilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, gəmidə təmir işləri aparan 7 işçi yanğın baş verərkən xilas ola bilməyiblər.
Şimali Sumatra Polis İdarəsinin sözçüsü Tatan Atmaca meyitlərin gecə saatlarında ailələrinə çatdırılacağını bildirib.
Limanın "Varuna Shipyard" təmir dokunda dayanan neft tankerindəki yanğın zamanı xəsarət alan daha 22 nəfər işçi yerli xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31