Jirinovski deputatların sayını azaltmağı təklif edir

Rusiyanın Liberal Demokrat partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deputatların sayının iki dəfə azaldılmasını təklif edib.

Bu barədə o, "Twitter" hesabında yazıb.

"Biz bununla pula qənaət edəcəyik və yerli parlamentlərdə sosial məsafəni təmin edəcəyik",- deyə Jirinovski vurğulayıb.

Onun sözlərinə görə, bu yanaşma ilə hər 2-3 ildən bir qanunverici orqana seçkilər keçirmək mümkün olacaq.

Xatırladaq ki, partiya lideri 2020-ci ilin aprelində videokonfrans formatında Baş Nazir Mixail Mişustinlə görüşdə oxşar təklifi irəli sürüb. O bildirib ki, məmurların və deputatların sayı azaldılması ilə ölkə yalnız qazana bilər.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31