Maska taxmayan müştərilərlə mühafizəçilər arasında əlbəyaxa dava düşdü - VİDEO
13 May 2020 05:10 DünyaƏrzaq mağazasının mühafizəçiləri ilə müştərilər arasında əlbəyaxa dava olub.
"Demirören Haber Ajansı"nın (DHA) məlumatına görə, hadisə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.
Məlumata görə, Paul və Filip Hamilton qardaşları maska taxmadan ərzaq mağazasına daxil olub. Mühafizəçilərin tibbi maska taxmayan müştərilərə irad bildirməsi qardaşların xoşuna gəlməyib və nəticədə tərəflər arasında insident yaşanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31