Hindistan-Çin sərhədində gərginlik: Qırıcılar qaldırıldı

Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus vertolyotların peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

Bu məlumatı "İndia Tudey" yayıb. Məlumata görə, qırıcılar Ladakx bölgəsində havaya qalxıblar.

Qeyd edək ki, Hindistan-Çin sərhədi 1914-cü ildə ingilislər tərəfindən müəyyənləşdirilib. Hindistan sərhəd xəttini tanısa da, Çin bundan imtina edib.

Tərəflər problemi 1993-1996-cı illərdə iki dəfə həll etməyə cəhd etsələr də, heç bir uğur əldə edə bilməyiblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31