Çinin Uhan şəhərində bütün sakinlər koronavirus testindən keçiriləcəklər.
Bu tədbir koronavirusun yayılma episentri hesab edilən Uhanda bazar günü virusa beş yoluxma halının aşkar olunması ilə əlaqəlidir.
Bu, aprelin 3-dən sonra ilk belə hadisədir.
Bundan əlavə, koronavirusun simptomsuz daşıyıcılarının sayı 11-ə çatıb. 615 nəfər həkim nəzarətindədir.
oxu.az