Yunanların ölümə tərk etdiyi miqrantlar belə XİLAS OLUNDU
12 May 2020 13:38 DünyaTürkiyənin ərazi sularına tərk edilən 24 qanunsuz miqrant Türk Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib.
Şimali Egey dənizindəki qanunsuz keçidlərə qarşı mübarizəni davam etdirən Sahil Mühafizə qrupları bir qrup qeyri-qanuni miqrantın Türkiyənin Çanaqqala şəhərinin Ayvacık mahalından çıxaraq kömək istədikləri haqqında məlumat verilib.
Bölgəyə gedən Sahil Mühafizə qrupları ümumilikdə 24 qeyri-qanuni miqrantı xilas edib.
Bunlardan 15-i Əfqanıstan, 7-si Konqo, 1-i Mərkəzi Afrika, ölkələrindən, 1-i isə Uyğur türkü olmaqla Yunanların Sahil Mühafizə qrupları tərəfindən Türkiyənin ərazi sularına buraxılan vətəndaşlardır.
Sahil Mühafizəsi gəmisinə gətirilən 10 uşaq, 1 qadın və 13 kişi qeyri-qanuni miqrant Küçükquyudakı Sahil Təhlükəsizlik Polis İdarəsinə gətirilib.
sonxeber.az