ABŞ İrana öz vətəndaşları üçün təyyarə göndərməyi təklif edib

Tehran vətənlərinə qayıtmaq istədiklərini ifadə edən və ABŞ hakimiyyətinin deportasiya etməyə çalışdığı 11 İran vətəndaşı üçün xüsusi təyyarə göndərə bilər.

Bu barədə ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini Ken Kuçinelli öz "Twitter" səhifəsində yazıb.

K.Kuçinelli bildirib: "Bizim ölkədə qeyri-qanuni qalan və sizə qaytarmağa çalışdığımız 11 vətəndaşınız var. İndi isə siz onları geri qaytarmaq istədiyinizi bildirirsiniz. O zaman çarter reys göndərin və biz onların hamısını qaytaraq".

Nazir müavini əlavə edib ki, Vaşinqton bir neçə aydır ki, iranlı professor Sirus Əsgərini göndərməyə çalışır.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31