Bu gündən Rusiyada bir çox müəssisə fəaliyyətə başlayır
12 May 2020 11:52 Dünyaİcazə alaraq işə gedən rus vətəndaşları üçün bu gündən etibarən icazə müddəti başa çatıb. Ruslar bu gündən etibarən öz işlərinə geri dönüblər.
Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin mayın 12-dən etibarən koronavirus epidemiyasına görə iş üçün icazə alan vətəndaşların artıq işə qayıdacağını açıqlayıb.
Rusiya prezidenti bunu keçirdiyi videokonfransda bildirib. O həmçinin koronavirus tədbirləri çərçivəsində keçirilən yardımlara dəstək məqsədilə 3-15 yaş arasındakı hər bir uşağa 10 min rubl (230 manat) dövlət tərəfindən birdəfəlik ödəmələrin ödəniləcəyini də bildirib.
Qeyd edək ki, Rusiyada 28 mart tarixindən işçilər xüsusi icazə ilə yaşayış yerini tərk edirdirlər.
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31