Rusiyada koronavirus xəstəxanası yandı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində koronavirus xəstələrinin yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib. Faciə nəticəsində beş nəfər həyatını itirib.

Bildirilir ki, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulan qurbanlar özləri sərbəst hərəkət edə bilməyiblər.

Həkimlər və tibbi heyət digər pasiyentləri çölə çıxara bilsələr də, hamının həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb ağciyərlərin süni ventilyasiyası aparatında baş verən nasazlıq olub - oksigen qarışığı alışıb.

Hazırda yanğın söndürülüb.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31