Jurnalistin sualı Trampı əsəbiləşdirdi, konfransı tərk etdi
12 May 2020 10:30 DünyaABŞ Prezidenti Donald Trampla jurnalist arasında gərginlik yaşanıb.
Jurnalist mətbuat konfransında Trampa "ABŞ-da bu qədər insan COVİD-19-dan ölərkən, siz dünyada ən çox test edən ölkə olmaqla fəxr edirsiniz. Bu vacibdirmi" sualını ünvanlayıb.
Tramp isə cavabında "Dünyanın hər yerində ölüm halları olur. Bəlkə də bu sualı məndən yox, Çindən soruşmalısınız. Sizə qeyri-adi cavab verə bilərlər" deyib.
Cavab jurnalisti qane etmədiyi üçün sualına düzgün cavab verilməsini istəyib.
Bundan sonra Tramp əsəbiləşərək konfransı tərk edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31