31 min nəfərin koronavirusa yoluxmasına səbəb olan sıfırıncı xəstə - Düşündüm ki, adi öskürəkdir
12 May 2020 08:07 Dünya
ABŞ-ın Nyu-York ştatında, xəstəliyin yayılmağa başladığı ərəfələrdə koronavirusa yoluxmuş şəxs açıqlama verib.
Milli.Az nypost-a istinadla xəbər verir ki, Nyu-Yorkun Vestçester qraflığının sıfırıncı xəstəsi olaraq qeydə alınan vəkil Lawrence Garbuz NBC News kanalında yayımlanan "TODAY." verilişinin virtual qonağı olub.
"Bunun adi öskürək olduğunu düşünürdüm. Adi qış soyuqdəyməsi və öskürək", - Lourens söyləyib.
Nyu-York ştatında koronavirus aşkarlanan ikinci şəxs olan 50 yaşlı Lourens mart ayının sonlarında sağalaraq evə buraxılıb.
Qeyd edək ki, ABŞ-ın təkcə Nyu-York ştatında 335 mindən çox insan koronavirusa yoluxub ki, bunun da 31 mini bu qraflığın payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31