İranda daha 1 683 nəfər koronavirusa yoluxub, 45 nəfər ölüb
11 May 2020 19:51 Dünyaİranda ötən sutka ərzində daha 1 683 nəfər koronavirusa (COVID19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, İranda indiyədək 109 286 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 2 783 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 45 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 6 685 nəfərə yüksəlib. İndiyədək 87 422 nəfər koronavirusdan sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31