Hindistanda koronavirus rekord həddə çatdı: bir gündə minlərlə insan...

Hindistanda son 24 saat ərzində yeni tip koronavirusa yoluxma sayı rekord həddə çatıb.

Publika.az xəbər verir ki, Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyi son sutka ərzində 4 min 213 nəfər infeksiyaya yoluxduğunu açıqlayıb.

Bu, virusun ölkədə aşkarlandığı 30 yanvardan bəri qeydə alınan ən yüksək rəqəmdir.

Ölkədə, ümumilikdə, 67 min 152 koronavirusa yoluxma, 2 min 206 ölüm qeydə alınıb. 20 min 969 nəfər müalicə alaraq sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31