ABŞ-da koronavirusdan ölənlərin sayı 80 mini keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 80 mini keçib.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən ABŞ koronavirus səbəbindən dünyasını dəyişənlərin sayına görə siyahıya liderlik edir.

Son statistikaya görə, ABŞ-da Covid-19 virusu səbəbindən 80787 nəfər dünyasını dəyişib. Ölənlərin sayına görə Birləşmiş Krallıq ikinci, İtaliya isə üçüncü yerdə qərar tutub.

Qeyd edək ki, hazırda dünyada 4181221 nəfərdə bu virusun əlamətləri aşkarlanıb, milyon yarıma yaxın isan xəstəlikdən sağalaraq evə buraxılıb, 283 877 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31