ABŞ “Apaçi”lərini Misirə verir

ABŞ Prezident Administrasiyası Misirə 43 "Apaçi" helikopterinin satılmasına izn verib.

Bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Misirə tədarük ediləcək helikopterlərin ümumi dəyərinin 2,3 milyard dollar olduğu bildirilib.

Qeyd edək ki, Məhəmməd Mursinin hakimiyyətə gəlməsindən sonra Vaşinqton 10 "Apaçi" helikopterinin Misirə tədarükünü dayandırmışdı. Bunun ardınca ABŞ Misirlə digər hərbi müqavilələrini saxladığını bildirmişdi. Mursinin devrilməsindən sonra ABŞ Qahirə ilə hərbi əlaqələrini bərpa etmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31